Təchizat üzrə mütəxəssis

  • AzPlast 2012 MMC
  • Elanın qoyulma tarixi: 03.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə : Təchizat üzrə mütəxəssis

Namizədə olan tələblər :

- Müvafiq sahədə minimal 5 il iş təcrübəsi;
- Dağ mədən, tikinti quraşdırma mal materail alınması sahəsində  iş təcrübəsi olan şəxlərə üstünlük veriləcək;

İş şərtləri :

- 5 günlük iş norması (şənbə bazar istirahət günləri)
- İş vaxtı : 09:00 – 17:00
- Nahar və nəqliyyat ilə təmin olunma

Əmək funksiyası :

  Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, otelin xərclərinin minimuma endirilməsini təmin etmək. Bu məsələyə Təchizat üzrə menecerinin verdiyi təlimatla nail olmaq.
  Şöbələr çərçivəsində tədarüklə bağlı daxili nəzarət siyasəti və prosedurlarını təmin etmək.
  Təchizat şöbəsinin Menecerinə şöbələrin material və qeyri-material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan və ya gözlənilməz xərclər haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək.
  Müxtəlif şöbə rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq. Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək.
  Təchizat şöbəsinin bütün bölmələri ilə tanış olmaq və kompyuterdən istifadə etmək.
  Anbarda saxlanılan məhsullar üçün müəyyən kompyuter məlumatlarının yaradılması və qorunub saxlanılmasına kömək etmək:
  Material ehtiyatları, nominal anbarlar, təkrar sifariş məntəqələri, standart sorğu adları, tədarük siyahısı, eləcə də alış sifarişləri, ölçü vahidləri və anbarda saxlanılan bütün mallar üçün material vəsaitlərin ümumi miqdarı.
  Təchizat üzrə meneceri tərəfindən tələb olunduqda, təchizatçının nümayəndələri ilə müsahibələr keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək. Bütün yazışmaları, danışıqları və təchizat prosesini otel üçün ən sərfəli olan yollarla aparmaq.
  Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.
  Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
  Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək.
  Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək.
  Aylıq qaydada anbar avadanlıqlarının inventarlaşdırılmasını həyata keçirmək.

Əmək haqqı :

- 800- 1000 AZN

Əlaqə nömrəsi : 0559097785 – İR şöbəsinin müdiri
E mail ünvanı : [email protected]
Ünvan :  Bakı şəh., Grand Park 2  yaşayış kompleksi.