Sahə mühəndisi

  • AzPlast 2012 MMC
  • Elanın qoyulma tarixi: 03.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə : Sahə mühəndisi

Əmək funksiyası :

-  Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini,onların saz vəziyyətdə,tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
-  Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir
-  Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
-  Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir.
-  Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir.
-  Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir.
-  Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət  üzrə elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirir;
-  Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbir və təklifləri işləyib hazırlayır;
-  Layihə və proqramların işlənib hazırlanması, avadanlığın sınağı, istismarı və tətbiqi ilə bağlı lazımi tədbirlərin görülməsində, eləcə də texniki vəsaitlərin, sistemlərin, avadanlıq və materialların standartlaşması üzrə işlərin görülməsində, müxtəlif texniki sənədlərə baxışda iştirak edir və rəy verir və tamamlamaları hazırlayır;

Namizədə olan tələblər :

- Dağ mədən, yol - tikinti sahəsində  minimal  5 il iş təcrübəsi;

İş şərtləri :

- 6 günlük iş norması (bazar istirahət günü)
- İş vaxtı : 08:00 – 16:00
- Nahar və nəqliyyat ilə təmin olunma

Əmək haqqı :

-  1200 AZN – dən başlayaraq.

Əlaqə nömrəsi : 0559097785 – İR şöbəsinin müdiri

E mail ünvanı : [email protected] 

Bakıda yaşayan namizədlər üçün müsahibənin keçiriləcəyi Ünvan :  Bakı şəh., Grand Park 2  yaşayış kompleksi.
Gəncə - Daşkəsən zonasında yaşayan işçilər üçün müsahibənin keçiriləcəyi ünvan : Daşkəsən ray., Çovdar Filiz emalı sahəsi
Əmək funksiyası icra ediləcək iş yeri : Daşkəsən ray., Çovdar Filiz emalı sahəsi