Kredit risklərinin idarə edilməsi şöbəsinə kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 21.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsinə kiçik mütəxəssis, mütəxəssis və aparıcı mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə edilməsi və hesabatların hazırlanması;
• Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
• Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
• İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi;
• Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
• Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılmasında iştirak etmək;
• Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
• Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi.

Tələblər

• İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
• Bank əməliyyatları sahəsində mütəxəssis üçün minimum 1 il, aparıcı mütəxəssis üçün isə   minimum 2 il iş təcrübəsi.

CV-lərinizi, mövzu hissəsində “Kredit risklərinin idarə edilməsi şöbəsinə kiçik mütəxəssis, mütəxəssis və aparıcı mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi