SƏTƏMM (HSE) üzrə mühəndis

İşin təsviri

SƏTƏMM (HSE) üzrə mühəndis

- Müəssisənin adı:  “Qazax Sement Zavodu” MMC
- Əsas iş yeri: Bakı şəhəri (Mütəmadi olaraq Azərbaycanın bölgələrindəki istehsalat sahələrinə gedəcək)

Namizədə tələblər:

- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Yaşhəddi  25-40;
- MS Office – Word, Excel, PowerPoint proqramlarını bilməli;
- Xarici dil: Rus və İngilis dillərini bilməli;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı, təşkilatçılıq qabilyyətinə malik olmalı;
- Sürücülük vəsiqəsi olmalı.

Əsas vəzifə öhdəlikləri:

• Obyektdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üçün aparılan işləri təşkil edir.
• Əmək qanunvericiliyinə, təhlükəsizlik qayda və normalarına, standartlara və digər normativ sənədlərə əməl olunmasına nəzarət edir.
• Tikinti və istehsalat prossesində işlərin təhlükəsizlik qaydalarına uyğun təşkilinə, avadanlığın təhlükəsiz istismarına, istehsalat binalarının qurğularının və digər məişət obyektlərinin texniki sazlığına, iş yerində mühafizə, xilasedici vasitələrin lazım olan miqdarda sazlığına nəzarət edir.
• İşçilərin keyfiyyətli (standartlara, mühafizə xüsusiyyətlərə görə) xüsusi geyimlə, ayaqqabılarla, fərdi mühafizə vasitələrilə təmin lunmasına, onların qəbul olunmasına, saxlanılmasına nəzarət edir.
• İşçilərin kollektiv və fərdi xilasedici vasitələrindən istifadə qaydalarına, baş verə biləcək qəzaların, yanğınların ləğv olunmasının öyrədilməsinə nəzarət edir.
• İşçilərə təhlükəsiz iş üsulunun vaxtında öyrədilməsinə, təlimatların keçirilməsinə fəhlələrin biliklərinin yoxlanılmasına, təlimatların və biliklərin yoxlanılması haqqında jurnallarda düzgün qeydlərin aparılmasına nəzarət edir.
• Fəhlələrin və mühəndis-texniki işçilərin işə qəbulu zamanı keçiriləcək təlimatları hazırlayır, onlarla işə qəbul təlimatını keçir, iş yerində peşə təlimatının keçirilməsinə nəzarət edir.
• İşçilərin həyatı və sağlamlığına təhlükə yaradan tikinti və istehsalat sahəsində, maşın və mexanizmlərdə, qurğularda və dəzgahlarda işləri dayandırır.
• İş yerinin təhlükəsizlik qaydalarına aid plakatlarla, təlimatlarla, normativ sənədlərlə, mühafizə və xilasedici vasitələrlə təchiz olunması üçün ölçü götürür.
• Yanğın söndürən avadanlıq və alətlərin həmişə yararlı və saz halda olmalarını təmin edir.
• Tikintidə və istehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin, bədbəxt hadisə ilə nəticələnən qəzaların təhqiqatında və onların qarşısını alan tədbirlərin hazırlanmasında iştirak edir.
• İstehsal sahələrində SƏTƏMM fəaliyyətinin yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq qeyd edilən sahələrdə yoxlamaların aparılması, təlimatların keçirilməsi və aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılması üçün lazımi tədbirlərin işlənib hazırlanması.
• İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
• Mütəmadi olaraq Azərbaycanın bölgələrində yerləşən istehsalat sahələrinə gedir və yuxarıda sadalanan vəzifə öhdəliklərindən irəli gələn işlərin orada da həyata keçirilməsini və icrasına nəzarət olunmasını təmin edir.
• Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əsas təminatlar:

- Nahar üçün yardım,
- Aylıq mobil rabitə limiti, 
- Əmək haqqı 1000 - 1200 AZN.

E - mail : [email protected] . Mövzu hissəsində "SƏTƏMM (HSE) üzrə mühəndis " qeyd olunması zəruridir.