Aşpaz (Commis)

İşin təsviri

Şöbə: Mətbəx
Vəzifə:  Aşpaz (Commis)
Şirkət: Boulevard Hotel Company LLC
Ünvan: Azərbaycan, Bakı ş, Xəqani Rüstəmov küç 4 C
Son tarix: 20.06.2019

İşin təsviri

• İaşə obyektinin menyusunda olan bütün qida məmulatları ilə tanış olmaq.
• Standart reseptlərə uyğun olaraq, göstəriş verilən yeməkləri hazırlamaq.
• İaşə obyektinin yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək.
• Xüsusi yeməklərin hazırlanması metodları və inqrediyentlərlə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün hallarda çevik olmaq.
• Aşpaz, su şef və ya baş abpaz tərəfindən müəyyən edilmiş təqdimat təlimatlarına əməl etmək.
• Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək.
• Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək.
• “Biz bir komandayıq!” şüarı altında digər işçilər və digər şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
• Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq.
• Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək.
• Qrafikə əsasən gündəlik iclaslarda və digər toplantılarda iştirak etmək.
• Qrafikə əsasən, təlim seminarlarına getmək və iştirak etmək.
• Təyinata əsasən, işə aid olan vəzifələrin və xüsusi layihələrin yerinə yetirilməsi.

Namizədə olan tələblər

• Aşpaz kimi ən azı 1 il iş təcrübəsinə malik olmaq;
• Azərbaycan və ya rus dillərində yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq. İngilis dili biliyinə üstünlük verilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Aşpaz” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 20.06.2019-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com