Korporativ tənzimləmə üzrə Hüquqşünas

İşin təsviri

Azərbaycanın aparıcı telekomunikasiya şirkəti Hüquq Şöbəsinin Korporativ tənzimləmə sektoruna Korporativ tənzimləmə üzrə Hüquqşünas vəzifəsi üzrə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

• Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni (öz sahasinə aid) Qaydaların, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
• Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi təminatının həyata keçirir, normativ sənəd bazasının hazırlayır, zəruri dəyişiklikləri edir;
• Müqavilələrə hüquqi rəy verir, müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır;
• Vergi, satınalma, əmək, gömrük və digər qanunvericiliyin tələblərinə uyğun müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirir;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• Ali Hüquqi Təhsil;
• Azərbaycan Respublikasının Konstitusiyasını bilməlidir;
• Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilməlidir;
• Mülki və Mülki Prossesual Məcəlləni bilməlidir;
• Dövlət Satınalma haqqında AR Qanununu bilməlidir;
• Tenderin və kotirovkaların keçirilməsi qaydalarını tənzimləyən normativ hüquqi sənədləri ilə tanış olmalıdır;
• Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlarını bilməlidir;
• İşgüzar yazışma əsaslarını bilməlidir;
• Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməlidir;
• Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzuolunandır;
• Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
• Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
• Kompüter bilikləri üzrə: MS Office (word, excel və powerpoint) və Outlook proqramlarını mükəmməl bilməlidir;
• Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları;
• Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət qurmaq bacarığı;
• Komandada işləmək bacarığı;
• İşə planlı yanaşma bacarığı;
• Öz üzərində daima çalışmalı.

E-ünvan: [email protected]

Maaş gözləntisini və müraciət etdiyiniz vəzifənin adını (Korporativ tənzimləmə üzrə Hüquqşünas) e-məktubunuzun mövzu hissəsində göstərin