Strateji layihələr şöbəsində Layihələr üzrə menecer

İşin təsviri

Telekommunikasiya şirkəti Strateji layihələr şöbəsində Layihələr üzrə menecer vəzifəsi üzrə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

1. Layihələrin fasiləsiz icrası məqsədi ilə daxili resurs və üçüncü tərəflərin / təchizatçıların fəaliyyətini koordinasiya edir;
2. Bütün layihələrin vaxtında, əhatə dairəsi və büdcə çərçivəsində icra olunduğunu təmin edin;
3. Bütün maraqlı tərəfləri cəlb etməklə və texniki imkanları təmin etməklə layihənin əhatə dairəsi və hədəflərinin müəyyənləşdirilməsində kömək edir;
4. Resursların mövcudluğunu və bölüşdürülməsini təmin edir;
5. Hər hansı bir tərəqqi və irəliləyişlərin izlənilərək monitorinqini aparmaq üçün layihənin dəqiq planını hazırlayır;
6. Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin həcminə, layihə cədvəlinə və layihə xərclərində müvafiq dəyişiklikləri idarə edir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

1. Ali Təhsil;
2. Layihələrin idarəedilməsi üzrə ən azı 3 illik iş təcrübəsi;
3. Rəhbərlik üzrə ən azı 3 illik iş stajı;
4. Layihələrin idarəedilmə sahəsində sertifikat (PMP, PMİ-ACP və s.);
5. Rabitə və informasiya sistemlərinin əsaslarının bilməlidir;
6. Layihələrin və prosesslərin idarəetməsi sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığına yüksək səviyyədə malik olmalıdır;
7. Riskərin idarəetməsi əsaslərını bilməlidir;
8. İdarəetmə, planlama, standartlar, texniki tələblər, layihələrin və prosesslərin idarəetməsi sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığına yüksək səviyyədə malik olmalıdır;
9. Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilməlidır;
10. İnkişaf olunmuş liderlik yetkinlikləri, təqdimat və təşkilatçılıq bacarıqlara malik olmalıdır;
11. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri mükəmməl bilməlidir;
12. Kompüter bilikləri üzrə: MS Office (Word, Excel, PowerPoint Outlook və MS Project) programlarını mükəmməl bilməlidir;
13. Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabiliyyətinə yüksək səviyyədə malik olmalıdır;
14. Peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Layihələr üzrə menecer) qeyd etməyinizi xahiş edirik: E-ünvan: [email protected]

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.