2017-ci ildən etibarən fəaliyyət göstərən , yerli fast food brendi olmaqla, paytaxtda bir neçə filiallara sahib “Əjdaha” MMC Qida Mühəndisi vakansiyasını açıq elan edir.
Vəzifə Öhdəlikləri:
Qida Təhlüksizliyi sistemində Qrup Liderliyi funsiyasını yerinə yetirmək;
Qida Təhlükəsizliyi siteminin sənədləşməsini yaratmaq
İstehsalatda qida istehsalı və təqdimatı ilə bağlı olan bütün işlərin sxemlərini hazırlayıb,təsdiqləmək;
İstehsalatda baş verə biləcək təhlükələri müəyyənləşdirmək ;
Məhsullar və prosseslər ilə bağlı limit və ölçüləri müəyyənləşdirmək;
İstehsal və xidmət sahələrində müşahidə və yoxlama apararaq, aşkar edilən uyğunsuzluqlar barədə , “Uyğun Olmayan Məhsul” forumunu dolduraraq əlaqədar şəxsləri məlumatlandırmaq;
Qida Təhlükəsizliyi İdarəetmə Sistemi daxilində olan uyğunsuzluqların səbəblərini araşdırmaq və həll yollarını təklif etmək;
Qida Təhlükəsizliyi Sistemini daim yeniləmək;
Qida Təhlükəsizliyi ilə əlaqədar təlimləri koordinasiya etmək, illik təlim planını hazırlamaq;
Məhsulların geri çəkilməsi barəsində qərarları qəbul etmək və məhsulların geri çəkilməsi işlərinə rəhbərlik etmək;
Qida Təhlükəsizliyi Sistemini hazırlamaq və baş ofisə təqdim etmək;
Qida Təhlükəsizliyi mövzusunu müəssisəmizdə daim aktiv və nəzarətdə saxlamaq;
Heyyətə lazımlı təlimləri vermək;
Tələb olunan bacarıqlar:
“Qida Mühəndisliyi” sahəsində ali təhsil;
Qida sektorunda 5 il iş təcrübəsi;
İstehsalatda istehsal müddəti və etapları haqqında məlumatlı olmaq;
Qida standartları, qida gigiyenası haqqında məlumat və təcrübəyə sahib olmaq;
Müştəri, keyfiyyət və nəticə yönümlü iş nümayiş etdirmək;
Liderlik və idarəetmə bacarıqlarına sahib olmaq;
MS Office proramlarını sərbəst şəkildə bilməli, hesabat hazırlama qabiliyyətinə malik;
Yeniliyə açıq, analitik düşünə bilən, cəld və həll yönümlü qərarlar verə bilən.
Maraqlanan şəxslərdən özləri haqqında məlumatı (CV) şəkil ilə birlikdə, mövzu hissəsində “Qida Mühəndisi” başlığı ilə qeyd edərək [email protected] göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.