Təchizatçı

İşin təsviri

Təchizatçı

Funksiyaları

  Yeni alınmış tikinti materiallarının, avadanlıqların qəbulu üzrə aktların tərtibat və rəsmiləşdirilməsini yerinə yetirir. Tikinti materialların, avadanlıqların qəzaya uğramasının və sınmasının araşdırılmasında və bu barədə aktların tərtib edilməsində iştirak edir.
  Tikinti materiallarının, avadanlıqların qəza vəziyyətinə düşməsi və sınması-üzrə təhlil aparır və nəzarət edir, onların nəticələrinin aradan götürmək üçün təkliflər işləyib hazırlayır.
  Tikinti materiallarına, avadanlıqlara olan tələbatı əsaslandırmaq və onların alınması  üçün sifarişləri tərtib etmək məqsədləri ilə, müvafiq hesablama materiallarını hazırlayır.
  Daxil olan materialların, avadanlıqların bölmələr, layihələr üzrə paylanmasında iştirak edir.
  Artıq və istifadə olmayan avadanlıq, mexanizm və aqreqatları aşkar edir.
  İstifadəsiz qalan materialları, avadanlıqları təşkilatın daxilində yenidən payşdırılmasını və ya kənar təşkilatlara realizasiya olunmasını təmin edir.
  Mal göndərən təşkilatlardan daxil olan materialların, avadanlıqların yükləmə, gətirilmə və boşaldılmasını təşkil  edir.
  Material və avadanlıqlar üzrə hesabatın vaxtlı-vaxtında və  keyfiyyətli tərtibatını təmin edir.  

Vəzifəyə olan tələblər

  Təhsil:  Ali təhsil.
  Təcrübə: müvafiq sahə üzrə 5 ildən və tikinti sahəsində 2 ildən az olmayaraq iş stajı
  Kompyuter  biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı.
  İdarəetmə və qərar qəbul etmə qabiliyyəti.
  Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
  Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
  Azərbaycan və ingilis dillərində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Digər şərtlər

 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində  onunla əməkdaşlıq edir;
 Əmək fəaliyyəti prosesində müəssisənin struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə  təsir göstərən hərəkətlərə yol verməməlidir;

Bilməlidir

  Tikinti istehsalatının texnologiyasının əsaslarını;
  Təmir xidmətinin təşkilini;
  Avadanlıqların işləməsinin və təmir işlərinin icrasının planlaşdırılmasının metod və qaydalarını;
  Texnoloji avadanlıqların plan-xəbərdaredici təmir və səmərəli istismarının vahid sistemini;
  Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konsruktiv xüsusiyyətini, iş  rejimi və Təyinatını, onun istismar qaydalarını;
  Avadanlıqların istismar, təmir və moderinləşdirilməsinə əməyin elmi təşkilinə qoyulan tələbləri;
  İqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin  və idarəetmənin əsaslarını əmək qanunvericiliyinin əsaslarını;
  Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalar.

E - mail : [email protected]