SƏTƏM üzrə təcrübəçi

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 18.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Agro Dairy MMC  SƏTƏM üzrə təcrübəçi” vəzifəsinə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri

1. Sətəm üzrə illik məqsədlərin və hədəflərin qoyulması və həyata keçirilməsi;
2. Tullantıların idarə olunması üzrə işlərin həyata keçirilməsi;
3. Sətəm üzrə prosedur və təlimatların tətbiqi;
4. Sətəm üzrə təlimlərin təşkili və həyata keçirilməsi;
5. Sətəm üzrə düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət;
6. Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
7. Müştərilərin və ya podratçı şirkətlərin SƏTƏM şöbəsi ilə daima sıx əlaqə saxlamaq;
8. Sətəm üzrə həyata keçirilən tədbirlərin effektivliyinin qiymətləndirilməsi;
9. Vaxtaşırı olaraq sətəm üzrə rəhbərliyə hesabatların verilməsi;
10. Risklərin qiymətləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsi .

Tələblər:

- Ali təhsil
- İngilis dili biliyi (“intermediate” səviyyəsi və daha yuxarı)
- Komanda şəklində işləmək bacarığı

Əlavə Məlumatlar

İş yeri – Samux, Tovuz şəhərləri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏM üzrə təcrübəçi” şəklində göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi