İnsan resursları üzrə rəhbər

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 16.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 “Melissa Group” “insan resursları üzrə rəhbər” vakansiyası elan edir:

İş barədə məlumat:

- Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi;
- Kadr bazasının yaradılması, işçilər barədə hesabatların tərtib edilməsi, işçi axını və səbəblərinin müəyyənləşdirilməsi, axının aradan qaldırılması üçün tədbirlər hazırlaması və həyata keçirilməsi;
- İşəqəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
- Xidməti fəaliyyətin qiymətləndirilməsi prosedurunun hazırlayıb həyata keçirilməsi; 
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin yazılması, Elektron Hökumət Portalına daxil edilməsi, vəzifə təlimatlarının hazırlanması, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
- İşçilərin şəxsi işlərinin məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi, işçilərin davamiyyət uçotunun aparılması;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- Sosial müavinətlərin hesablanması;
- İşçilərin icbari sığortasının və tibbi sığortanın həyata keçirilməsi;
- İnsan resursları şöbəsinə aid hesabatların tərtib edilməsi, rəhbərliyə və ya şöbələrə təqdim edilməsi;
- Ofisdaxili idarəetmə işlərinin həyata keçirilməsi;
- İş vaxtı - saat 10:00-19:00
- Əməkhaqqı - 1200 manat

Tələblər:

- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə malik olmalı;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməli;
- MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- İnsan resursları sahəsində 4-dən az olmayan iş təcrübəsi;

Qeyd: Yüksək seqmentə aid olan brendlərlə iş təcübəsinin olması üstünlükdür.

Qeyd olunan tələblərə uyğun olan namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “İR Rəhbər” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur

İşəgötürənin reytinqi