Vəzifiə Öhdəlikləri
• Şirkətinin satış etdiyi avadanlığın texniki imkanlarını və servis tələblərini ideal şəkildə öyrənmək.
• Yeni satılan avadanlığın müştərinin təyin etdiyi sahədə quraşdırıb təhvil vermək.
• Anbara daxil olan yeni avadanlığın kondisiyaları yoxlayıb satışa ilkin olaraq hazırlamaq.
• Təmsilçisi olduğumuz markalarının avadanlığının texniki təlimatlarını tam olaraq oxumaq, mənimsəmək, texniki praktiki işə nəzəri olaraq tam hazır olmaq.
• Rəhbərin təlimatlarına müvafiq olaraq xarici və yerli treyninq, texniki konfrans, sərgilərdə iştirak etmək.
• Rəqiblərin analoji maşınlarını araşdırmaq və rəhbərliyin təlimatlarına əsasən texniki müqaisəvi məlumatları hazırlamaq.
• Elektronika sahəsində bilikləri genişlətmək və yeniliklər barədə daima məlumatlı olmaq.
• Tələb olunan zaman xarici səfərlər etmək imkanı olmalıdır.
• İnternet vasitəsilə məlumat araşdırmaq və rəhbərlik+satış əməkdaşları ilə paylaşmaq.
• Hazırda aidiyyəti istehsalçılar: Ricoh, Oki, Dell, Kisan Korea, Lidix Korea etc
Tələblər:
• Elektronikanın iş prinsiplərini nəzəri olaraq bilmək.
• Elektronika bilikləri
• Yaş həddi ‐ 21 ‐ 27 arası.
• İş təcrübəsi: tələb olunmur
• Üstünlük aidiyyəti sahədə iş təcrübəsi olanlara veriləcək.
• Təhsil: Ali, texniki.
• Dil bilikləri: Azərbaycan (sərbəst), Rus (sərbəst), İngilis və digər dillər üstünlük hesab olunur.
Xüsusi bacarıqlar:
• Yenilikçi olmaq.
• Ünsiyyətcil və komanda ruhuna uyğun olmaq.
• Sürətli qərar qəbul etmə və təzyiq altında işləməyi bacarmaq.
• Yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmalıdır.
• Səbrli olmaq.
İş şəraiti:
• Həftə içi hər gün 9.00 – 18.00,
• Şənbə 9.00 – 16.00,
• İş yeri – Ulduz m. st. ilə H.Ə. Prospekti arasında yerləşən ofisdə,
• Rəsmi qeydiyyat,
Subject: " TSM Texniki"
E-mail: [email protected]