Korporativ sığorta şöbəsinin müştəri meneceri

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 04.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Korporativ sığorta şöbəsi
Vəzifə : Müştəri meneceri
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  18 aprel 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş korporativ satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
2. Cəmiyyətə yeni korporativ müştərilərin cəlb olunmasını həyata keçirmək;
3. Mövcud korporativ müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq.
4. Mövcud korporativ müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
5. Debitorların ödənilməsini təmin etmək;
6. Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək
7. Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Tələb edilmir;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb edilir;
Dil bilikləri : Azərbaycan və rus dillərini yüksək səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər: Sahə üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, təsir göstərmə,  münasibət yaratma.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Korporativ sığorta şöbəsinin müştəri meneceri vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

İşəgötürənin reytinqi