Proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 28.03.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Proqramlaşdırma şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  30 mart 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Şirkət üzrə mövcud olan proseslərin avtomatlaşdırılmış və gələcək üçün planlaşdırılmış proqram təminatlarının dizayn modellərinin hazırlanması;
2. Proqram təminatının hazırlanması üçün texniki təsvirlərin və rəhbərin təlimatlarına əsasən UX və Uİ işlərinin təkmilləşdirilməsi;
3. Şirkətin Internet səhifəsinin yenidən təkmilləşdirilməsi və effektli dizayn formatlarının hazırlanması;
4. Şirkətin digər struktur bölmələrinin dizayn sifarişlərinin vaxtında və lazımi səviyyədə icra edilməsi.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə 1 ilədək iş təcrübəsi tələb olunur;

Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, informasiya texnologiyaları sahəsində təhsilə üstünlük verilir;

Dil bilikləri : Azərbaycan dilini mükəmməl bilməlidir, rus və ingilis dillərinindən ən azı birini yüksək səviyyədə bilməlidir;

Texniki bilikləri: HTML/HTML5,Bootsrap və CSS3 texnologiyalarını mükəmməl səviyyədə bilməli; JavaScript,Jquery və AJAX texnologiyalarına hakim olmalı; Responsive və Adaptive dizayn konseptlərində və Cross platform və cross browserlə işləmə bacarığı olmalıdır

Kompüter bilikləri : MS Office;

Üstünlüklər: JavaScript framework-lərini (Angular JS, Ember JS və s.) bilməsi; Photoshop proqramından istifadə bacarıqlarının olması üstünlükdür;

Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma,  problem həlletmə, dəyişikliklərə uyğunlaşma.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

İşəgötürənin reytinqi