Çağrı mərkəzi üzrə mütəxəssis

İşin təsviri

BONA DEA BEYNƏLXALQ XƏSTƏXANA vakansiya elan etməkdən məmnunluq duyur.

Vəzifə adı: Çağrı mərkəzi üzrə mütəxəssis

Vəzifə təlimatı:

Daxil olan zəngləri qəbul etmək və tam ətraflı, dəqiq, düzgün məlumat vermək.

Vəzifəyə qoyulan tələblər:

Təhsil: Orta ixtisas təhsili (minimum). Tibbi təhsilin olması arzuolunandır.
Yaş həddi: 35 yaşa qədər.
Dil bilikləri: Rus və ingilis dilləri yaxşı səviyyədə.

Tələb olunan bacarıqlar:

- Düzgün və aydın diksiyaya malik olmalı;
- Ünsiyyət zamanı nəzakətli davranmalı;
- Kollektivdə işləməyi və ünsiyyət qura bilməyi bacarmalı.

Qeyd: İşə götürülən şəxslərin qrafikə uyğun olaraq gecə növbəsində də işləmək imkanı olmalıdır.

Maraqlanan namizədlərdən xahiş olunur ki, yalnız şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Çağrı mərkəzi üzrə mütəxəssis” başlığını qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.