Satış Təmsilçisi

  • ATL Electronics
  • Elanın qoyulma tarixi: 14.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2012-ci ildə təsis olunmuş ATL Electronics şirkəti Azərbaycanda müxtəlif elektronika məhsullarının satışı ilə məşğuldur və 60-dan çox diler şəbəkəsini özündə birləşdirir.Şirkət yalnız məhsul satışı həyata keçirmir, eyni zamanda da dilerlərin sürətli inkişafını təmin etmək üçün onları müxtəlif təlimlərlə təmin edir, rəqabətə davamlı qiymətlər və marketinq dəstəyi təklif edir.

Hal-hazırda ATL Electronics, Midea Mağazasına Satış Təmsilçisi axtarışındadır.

Tələblər:

• Ali və ya orta təhsil;
• Azərbaycan və rus dillərini səlis bilməli;
• Minimum 1 il satış təcrübəsi;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı;
• Məhsulları təqdim etmək bacarığına malik olmaq;
• Xarici görünüş: təmiz, səliqəli, gülərüz.

Əsas vəzifələr:

• Müştəriləri gülərüzlə qarşılayıb, onları maraqlandıran sualları cavablandırmalıdır;
• Filiala daxil olan müştərilərə məhsul haqqında məlumat verməlidir;
• Lazım gəldikdə məhsulun istifadə olunması texnikasını müştəriyə canlı nümayiş etdirməlidir;
• Daimi olaraq təmsil etdiyi brendin məhsullarının xüsusiyyətlərini öyrənməlidir.

İş şəraiti və əmək haqqı:

• Həftədə 6 iş günü, 1 gün istirahət (şənbə və bazar istisna olmaqla)
• Karyera yüksəlişi imkanı;
• Əmək haqqı 400 AZN 
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Maraqlanan namizədlərdən şəkilli CV-lərini  [email protected] e-mail ünvanına “Satış Təmsilçisi” başlığı ilə göndərmələri xahiş olunur.