Servis Mərkəzinə Operator

  • ATL Electronics
  • Elanın qoyulma tarixi: 19.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Electronics şirkəti beynəlxalq miqyasda tanınmış məişət avadanlıqları markalarına məxsus məhsulların ticarəti ilə məşğuldur və hazırda 60-dan artıq dillerlər şəbəkəsinə malikdir.

Hazırda ATL Electronics şirkətinin Servis Mərkəzinə “Operator” vakansiyası üzrə CV-lərin qəbulu açıq elan edilir.

Vəzifə öhdəlikləri:

• Servis mərkəzinə müraciət etmiş müştərilərin suallarını vaxtında cavablandırmaq;
• Müştərilərin müraciətlərinin, sorğularının qeydiyyata alınması;
• Müştərilərə məhsul və xidmətlərlə bağlı məlumatların verilməsi;
• Müştərilərin istək və şikayətlərinin işlənməsi və aidiyyati şöbələrə yönləndirilməsi;
• Müştərilərlə nəzakətlə və təmkinlə davranmaq;
• Gündəlik və həftəlik hesabatların hazırlanması və Servis rəhbərinə təqdim olunması

Tələblər:

• Ali təhsil
• 1 il cari sahə üzrə iş təcrübəsi
• Azərbaycan və Rus dillərində səlis nitq və yazışma qabiliyyəti
• MS Office, 1C proqramı üzrə biliklər
• Ünsiyyət bacarığı, konstruktiv əlaqələr qurma qabiliyyəti
• Aydın və düzgün formada fikirlərini ifadə etmək bacarığı
• Stresədavamlılıq, təmkinli və səbirli olmaq bacarığı

Peşəkar biliklər:

• Müraciətləri yerindəcə təhlil etmək;
• Məişət avadanlıqları barədə məlumata sahib olmaq;
• Daxil olan sorğulara məsuliyyətlə yanaşmaq

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Operator” qeyd etməklə göndərə bilərlər.