Texniki nəzarətçi

  • Qala Group
  • Elanın qoyulma tarixi: 12.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: Sabah Residence MTK
Vakansiya: Texniki nəzarətçi

Vəzifə öhdəlikləri:
        
1. Layihə-smeta sənədlərinin hazırlanması barədə müqavilə şərtlərinin, memarlıq-planlaşdırma tapşırığının tərtibatçılar tərəfindən yerinə yetirilməsinə nəzarət edir, həmin sənədləri qəbul edərək keyfiyyətini yoxlayır, həmçinin bu sənədlərin baxılıb, müvafiq orqanlarla razılaşdırılmasını, müəyyən edilmiş qaydada dövlət ekspertiza orqanlarından müsbət rəy aldıqdan sonra təsdiq edilməsini təşkil edir;
2. Layihə-smeta sənədləri təsdiq olunduqdan sonra tikintini yerli memarlıq-tikinti nəzarəti xidmətində qeydiyyatdan keçirir, hazırlıq və tikinti-quraşdırma işlərinin aparılmasına icazə alır, həmçinin hər il ildən-ilə keçən tikintiləri yenidən qeydiyyata aldırır;
3. Tikinti altına ayrılmış torpaq sahəsini naturada podratçıya təhvil verərək aktla sənədləşdirir;
4. Tikinti sahəsində olan yeraltı və yerüstü mühəndis-kommunikasiya xətlərinin köçürülməsi, tikintilərin sökülməsi üçün vacib olan hüquqi və texniki sənədlərin hazırlanmasını qabaqcadan təmin edir;
5. obyektlərin tikinti və istismarı dövründə su, elektrik, qaz və istilik təchizatı, tullantı, çirkab suları, telefon, televiziya, radio xətləri və şəbəkələrinə qoşulmasına icazələri vaxtında sənədləşdirir, həmçinin avadanlıqların quraşdırılması, sınağı və qeydiyyatdan keçirilməsi ilə əlaqədar məsələləri müvafiq təşkilatlarla razılaşdırır;
6. Tikinti meydançasına gətirilən, müvafiq standart və texniki şərtlərə cavab verməyən yararsız tikinti materialı, məmulatı, avadanlıq və konstruksiyalarını aktla sənədləşdirərək onların istifadə olunmasını qadağan edir;
7. Örtülü və xüsusi işlərin icrasının yoxlanılması və aktlarla sənədləşdirilməsində iştirak edir, aktlar imzalanana qədər sonrakı iş növünün yerinə yetirilməsinə yol vermir;
8. Örtülü işlərin görülməsi və başa çatdırılması haqqında aktları bu işlər qurtaran kimi tərtib etməlidir;
9. İşlərin həcmini müəyyən etməli, təsdiq olunmuş layihə sənədləri və texniki şərtlərə uyğun keyfiyyətlə yerinə yetirildikdə onları qəbul edərək, bu işlərin dəyərini ödəmək üçün müvafiq sənədlər tərtib etməlidir;
10. Tikinti-quraşdırma işlərinin ümumi və xüsusi iş jurnallarının vaxtlı-vaxtında və düzgün aparılmasına, həmçinin tikinti prosesində müəlliflə razılaşdırmaqla edilmiş dəyişikliklərin ayrı-ayrı işçi cizgilərində vaxtında qeyd olunmasına nəzarət etməlidir;
11. Obyektlərdə aparılan texniki nəzarətin nəticəsini ümumi və ya xüsusi iş jurnallarında qeyd etməli və ya aktlar tərtib etməlidir;
12. Layihə və tikinti təşkilatları tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etməli və lazım gəldikdə, müqavilələrdə nəzərdə tutulmuş sanksiyaların tətbiq edilməsi barədə müvafiq rəhbərlik qarşısında məsələ qaldırmalıdır;
13. Texniki və müəllif nəzarətləri, dövlət memarlıq-tikinti nəzarəti işçiləri və digər nəzarət orqanları nümayəndələrinin iş jurnallarında qeyd etdikləri tələb və göstərişlərin vaxtında yerinə yetirilməsinə nəzarət etməlidir;
14. Tikintisi tamamlanmış bina, qurğu, mühəndis-nəqliyyat təminatı obyekti və kommunikasiyaların podratçı təşkilatdan qəbulu üzrə sifarişçinin işçi qəbul komissiyasında iştirak etməli, yarımçıq işlər müəyyən olunan hallarda, aşkar edilmiş çatışmazlıq və nöqsanların siyahısını tərtib etməli, obyektlərin yenidən qəbul olunması şərti ilə onların düzəldilməsinə müəyyən vaxt ayırmalıdır;
15. Sifarişçi işçi qəbul komissiyasının təşkil edilməsini müvafiq tikinti norma və qaydalarına uyğun olaraq həyata keçirməli, podratçıya və başqa marağı olan təşkilatlara komissiyanın iş vaxtı barədə məlumat verməlidir;
16. Tikintisi tamamlanmış obyektləri dövlət qəbul komissiyasına təqdim etmək üçün texniki sənədləri podratçı ilə birlikdə hazırlamalı, dövlət qəbul komissiyasının işində iştirak etməli və komissiya üzvlərini texniki sənədlər və işçi qəbul komissiyasının aktları ilə tanış etməlidir;

Email: [email protected]

İşəgötürənin reytinqi

Qala Group tərəfindən digər vakansiyalar