Kredit Anderraytinqi Departamenti, Mütəxəssis, Aparıcı mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 12.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Biznes Kreditlərinin Təhlili Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək;
• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• CFA və ya ACCA sertifikatlarına sahib olma arzuolunandır;
• Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
• Bank qanunvericiliyi barədə biliklər;
• Bank sahəsində müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır.

CV-lərinizi, mövzu hissəsində “Anderrayter” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi