Satış üzrə menecer (inşaat-tikinti üzrə)

İşin təsviri

Vəzifə: Satış üzrə menecer (inşaat-tikinti üzrə)

Əmək haqqı: 1000-1500 AZN (net)+bonus

Vəzifə funksiyaları

a) Korporativ və fərdi müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq məhsul və xidmətlər haqqında məlumat vermək
b) Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
c) Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
d) Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili
e) Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa müdirə verilməsi

Tələb olunan Professional Keyfiyyətlər

a) Ali təhsil: marketing üzrə olanlara üstünlük verilir
b) Dil bacarıqları: Azərbaycan, Rus
c) MS Office proqramlarını mükəmməl bilmək
d) Satış və marketing üzrə minimum 3 il təcrübə
e) Soyuq satışların aparılmasında təcrübə
f) Müştəri yönümlü xidmət

Tələb olunan Fərdi Keyfiyyətlər

a) Özünə inam və əminlik
b) Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
c) Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı
d) Yaxşı idarəçilik və planlaşdırma bacarıqları
e) Müstəqil işləmə bacarığı

Maraqlanan namizədlərdən öz cv-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.