İşin təsviri
Vəzifə öhdəlikləri:
- Ofisin gündəlik fəaliyyətinin təşkili və idarə edilməsi
- Telefon zənglərinə, e-maillərə cavab vermək və məlumatların düzgün yönləndirilməsi
- Sənədləşmənin aparılması, müqavilə və məktubların hazırlanması
- İş görüşlərinin, iclasların və qonaq qəbulunun təşkili
- Kuryer və katibəlik işlərinin koordinasiyası
- Daxili əməliyyatların optimallaşdırılması və rəhbərliyə dəstək
Tələblər:
- Ali təhsil (arzuolunandır)
- Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili üstünlükdür
- MS Office proqramlarında yaxşı biliklər
- Ünsiyyət qabiliyyəti yüksək, məsuliyyətli və operativ
- Təşkilati bacarıqlar və vaxt idarəetməsi güclü olmalıdır
- Oxşar sahədə iş təcrübəsi üstünlükdür ( iş öyrədilir )
İş şəraiti:
- İş qrafiki: !-V - 10:00 - 19:00 / VI - 11:00 - 16:00 ( növbəli )
- Rəsmi əmək müqaviləsi
- Rahat iş mühiti və peşəkar komanda
- Əmək haqqı: 400 - 600 azn.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.