İşin təsviri
Ümumi Baxış:
- “Rocco Group” MMC, tikinti materialı üzrə şatış həyata keçirən və sürətlə böyüyən şirkətdir. Gündəlik satış əməliyyatlarımızı optimallaşdırmaq üçün təcrübəli və diqqətli “Satış meneceri” axtarılır.
Əsas vəzifələr:
- Şirkətin məhsul və xidmətlərinin satışını təşkil etmək.
- Müştərilərlə görüşlərin keçirilməsi.
- Görüş zamanı şirkət məhsullarının təqdimatının aparılması. Bazar araşdırması aparmaq və müştəri tələbatını müəyyənləşdirmək.
- Müştəriləri satış üçün məhsula cəlb etmək, satışın reallaşması.
- Satış planlarının hazırlanması və icrasına nəzarət etmək.
- Hər gün təqdimat keçirdiyi müştərilər barədə hesabatın verilməsi.
İş şərtləri:
- İş rejimi: 6 günlük (I-V günlər saat 09:00–17:00, VI gün saat 09:00–15:00)
- Əmək haqqı: 500-600 AZN və bonus sistemi (satış nəticələrinə görə əlavə motivasiya)
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə.
- Peşəkar təlimlər və inkişaf imkanları
Tələblər:
- Satış sahəsində təcrübə.
- Mükəmməl ünsiyyət və təqdimat bacarıqları.
- Yüksək müştəri xidmətləri bacarığı
- Komanda ilə işləmə bacarığı.
- Yaş 25-45.
Qeyd: Satış şəxsi avtomobil ilə həyata keçirilir. Gündəlik benzin sərfiyyatı və aylıq baxım xərcləri şirkət tərəfindən ödənilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Mövzu hissəsində “Satış meneceri” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.