Təcrübəçi (Maliyyə departamenti) - ödənişli

İşin təsviri

Təcrübəçi (Maliyyə departamenti) - ödənişli

Haqqımızda:

“Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başladı. “TOPAZ” 2013-ci ildə tazı yarışı oyunlarına start verməklə yanaşı, “Azərlotereya” ASC-nin lotereya məhsullarının satışına başladı. “TOPAZ” markası 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsorudur. Bundan başqa, hazırda bütün Azərbaycan üzrə “TOPAZ”-ın təxminən 500 eksklüziv satış agenti var.

Vəzifə öhdəlikləri:

• Maliyyə Departamentində gündəlik işlərin görülməsi;
• Verilənlərin təhlil üçün yararlı hala salınması;
• Departamentin layihələrində aktiv şəkildə iştirak edilməsi;
• Hesabatların hazırlanması;

Vakant vəzifə üzrə tələblər:

• Ali iqtisadi təhsil (Maliyyə, iqtisadiyyat);
• Azərbaycan və İngilis dillərində mükəmməl danışıq və yazı bacarığının olması
• Ofis proqramlarında sərbəst işləmək bacarığının olması (Excel biliyinə üstünlük veriləcək)
• ACCA və digər tanınmış sertifikatlar üzrə imtahanlara hazırlananlara üstünlük veriləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  01 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.