Topaz (Azerinteltek)


Məram “Həyata həyəcan və əyləncə qat...”

Missiya Beynəlxalq şans oyunları və mərc bazarının qaydalarına uyğun olaraq şans və mərc oyunları bazarında etibarlı, asan əldə olunan və məşhur oyunlar təqdim etməklə, oyunçular, dilerlər, səhmdarlar və işçilərin, eləcə də dövlət və qurumların qazanc əldə etmələrini təmin etmək!

Ümumi məlumat “Caspiantech” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Caspiantech” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başladı. “TOPAZ” 2013-ci ildə tazı yarışı oyunlarına start verməklə yanaşı, “Azərlotereya” ASC-nin lotereya məhsullarının satışına başladı. “TOPAZ” markası 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsorudur. Bundan başqa, hazırda bütün Azərbaycan üzrə “TOPAZ”-ın təxminən 500 eksklüziv satış agenti var.

Qeyd olunmalıdır ki, "Caspiantech" QSC-nin adı 19 Mart 2019-cu il tarixinə qədər "Azərinteltek" QSC olmuşdur.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?