Hüquqşünas

İşin təsviri

Hüquqşünas

Haqqımızda:

“Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başladı. “TOPAZ” 2013-ci ildə tazı yarışı oyunlarına start verməklə yanaşı, “Azərlotereya” ASC-nin lotereya məhsullarının satışına başladı. “TOPAZ” markası 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsorudur. Bundan başqa, hazırda bütün Azərbaycan üzrə “TOPAZ”-ın təxminən 500 eksklüziv satış agenti var.

Vəzifə öhdəlikləri:

• Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
• Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
• Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
• Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
• Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
• Protokolların aparılması, hazırlanması;
• Dövlət orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi;
• Məhkəmədə və digər orqanlarda Şirkətin adından çıxış edilməsi;
• Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.

Vakant vəzifə üzrə tələblər:

• Ali hüquqi təhsil;
• Azərbaycan və İngilis dillərində mükəmməl danışıq və yazı bacarığının olması, Rus dil biliyi – yaxşı səviyyədə;
• Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
• Hüquq sahəsində 2-3 illik iş təcrübəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  19 mart 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu yerində Hüquqşünas qeyd etməyinizi xahiş edirik.