İT Dəstək qrupu mütəxəssisi

  • eManat
  • Elanın qoyulma tarixi: 23.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə adı:  İT Dəstək qrupu mütəxəssisi

İş şəraiti və əmək haqqı:

1. Ofis daxili.
2. Nahar şirkət tərəfindən verilir.
3. Əmək haqqı – Namizədin biliyi yoxlanılaraq razılaşma yolu ilə.
4. İş rejimi:  Növbəli və sürüşən qrafik üzrə. Həftənin 5 günü və 6-cı gün natamam iş günü.
5. Tibbi sığorta.

Namizədə qoyulan tələblər:

• Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük veriləcək).
• İnformasiya Texnologiyaları sahəsində texniki dəstək qrupunda  ən azı 1 illik iş təcrübəsi.
• Kompüter avadanlıqlarına texniki dəstək üzrə - əsas; informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair - baza biliklərinə malik olmalı.
• Biznes prosesslərin idarə edilməsi haqqında ilkin biliklər.
• Oxumaq, öyrənmək , analitik və alqoritmik düşünmə qabiliyyəti.
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
• Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübəsi , operativ cavablandırma qabiliyyəti, insanlarla düzgün əlaqə və ünsiyyət qurma bacarığı.
• Fərdi və komanda ilə işləmək qabiliyyəti.
• Dil bilikləri: Azərbaycan və Rus dilləri - yüksək səviyyədə, Ingilis dili - texniki sənədləri oxumaq və yazmaq səviyyəsində.

Vəzifə öhdəlikləri:

• Müştəri sorğusuna operativ olaraq telefon və elektron sənəd formasında cavab vermək.
• ServiceDesk proqram təminatı vasitəsi ilə aldığı sorğuların monitorinq olunması və operativ optimal şəkildə emal olunması.
• Monitorinq olunmuş sorğuların seçilərək  prosedura əsasən işlənməsi.
• Şirkət daxili istifadəçi İT avadanlıqlarında  çıxmış problemlərin aradan qaldırılması.
• Ümumi İT İnfrastrukturu üzrə monitorinq sisteminə nəzarət və prosedur üzrə işlərin görülməsi.

Maraqlananlardan xahiş olunur öz CV lərinizi  [email protected] adlı email ünvanına  göndərəsiniz.
Göndərilən CV lərdə  mövzu adı yerində  “İT Dəstək qrupu mütəxəssisi“  yazılmalıdır.

İşəgötürənin reytinqi