İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müştərilərdən borcların yığılması və izlənməsi; borc qalığı hesabatlarının hazırlanması;
- Müştərilərlə ödənişlərlə bağlı nəzakətli və effektiv yazışmaların və danışıqların aparılması;
- 1C proqramında və daxili platformada satış əməliyyatlarının düzgün və vaxtında qeydiyyatının aparılması;
- Vergi sistemi (new-e-taxes) üzərindən satış qaimələrinin vurulması;
- Excel-də hesabatların və təhlillərin hazırlanması;
- Daxili hesabatlılığın aparılması və rəhbərliyə mütəmadi məlumatların təqdim edilməsi;
- Yeni tapşırıqları öyrənmək və tətbiq etməkdə meyillilik və çeviklik göstərmək.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, mühasibat uçotu, biznes kommunikasiyaları/ menecment və ya əlaqəli sahə üzrə);
- 1C və vergi sistemi (new-e-taxes) üzrə praktiki bilik və təcrübə;
- Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- Dəqiq, məsuliyyətli, təşəbbüskar, deadline-lara riayət edən və operativ iş prinsipi;
- Komandada və müstəqil şəkildə işləmək bacarığı.
Əmək şəraiti:
- İş qrafiki: 5/2 (09:00–18:00);
- Rəsmi əmək münasibətləri (əmək müqaviləsi əsasında);
- Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir).
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.