İnsan Resursları üzrə mütəxəssis

  • Turkan Aqro MMC
  • Elanın qoyulma tarixi: 09.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətin adı: Turkan Aqro MMC

"Türkan Aqro" MMC  2011-ci ilin sentyabr ayından etibarən fəaliyyət göstərir. Ümumi sahəsi 10    ha olan müasir tipli istixanalarımızda şitilçilik və tərəvəzçilik intensiv inkişaf etdirilir. Bundan əlavə müxtəlif növ və çeşiddə mövsümi güllər, kol və ağaclar, o cümlədən otaq və çöl üçün nəzərdə tutulan dekorativ bitkilər yetişdirilir.Yüksək keyfiyyət və standartlara cavab verən məhsullarımız müxtəlif məqsədli landşaft dizaynında, yaşıllaşdırma işlərində və interyerlərdə istifadə oluna bilər. Yetişdirməçiliklə yanaşı şirkətimiz həm də landşaft dizaynı, bitkilərə aqrotexniki servis və bitkiçilik sahəsində məsləhətlərin verilməsi ilə də məşğuldur.

İşin adı: İnsan Resursları üzrə mütəxəssis
İş yeri: Turkan qəsəbəsi
Əmək haqqı: 700- 800 AZN
İş qrafiki : 5 günlükdür

İş barədə məlumat:

• Tərtib olunmuş İR standartlarının tətbiqi və ona nəzarət;
• İşçilərin əmək fəaliyyətinin qiymətləndirilməsi;
• İş analizlərinin aparılması;
• Məzuniyyət planının və iş qrafiklərinin tərtibi;
• Yaranan vakansiyalar üzrə iş elanlarının verilməsi və uyğun namizədlərin tapılması;
• Heyət üzrə hesabatların hazırlanması;
• İşçilər barədə məlumat bazasının yaradılması;
• Əmək intizamına nəzarət;
• İşçilər tərəfindən daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
• Heyətin təlim ehtiyaclarını müəyyən etmək və təlimlərin təşkil etmək;
• İR idarə edilməsi ilə bağlı olan qaydaları hazırlamaq;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması,.

Namizədə tələblər:

• Dil bilikləri: Azərbaycan dili (əla),
• Ali təhsil;
• İR sahəsində azı 3 illik təcrübə;
• Əmək məcəlləsi biliyi;
• Microsoft Office proqramlarından sərbəst işləmə bacarığı;
• Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
• İşi planlaşdırma və təşkil etmə bacarığı;
• Səmərəli qərar qəbul etmə bacarığı;
• Idarəetmə və kommunikasiya bacarığı;
• Heyətlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
• Fərdi və kollektivdə işləmə qabiliyyəti;

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını    [email protected]  e-mail ünvanına 25.01.2019 cü il tarixinə qədər mövzu yerində “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.