Mühasibatlıq şöbəsinin müdiri

İşin təsviri

Buxar Mühəndislik “ şirkəti

Mühasibatlıq şöbəsinin müdiri

Namizədə dair tələblər:

- Ali təhsil (iqitsadiyyat sahəsi üzrə);
- Maliyyə meneceri sahəsi üzrə ən azı  5 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilgiləri;
- Azərbaycan dili sərbəst, Rus və İngilis dili yaxşı səviyyədə;
- İş planlama və təşkil etmə bacarığı
- Maliyyə mühasibatlıq üzrə proqram təminatı;
- Dürüst və analitik düşünmə bacarığı;
- İş barədə məlumat:
- Şirkətin uçot siyasətinin hazırlanması;
- Şirkətin mühasibatlıq işinin düzgün qurulması və planlaması;
- Maliyyə vəziyyətinin monitorinq olunması;
- İllik maliyyə büdcəsinin hazırlanması  və xərclərə düzgün nəzarət;
- Maliyyə və mühasibatlıq uçotunda beynəlxalq və milli standartların işlənib hazırlanması və tətbiqi;
- Şirkətin əmlakı və öhdəliklərinin hərəkəti ilə bağlı ilkin və mühasibat sənədlərinin tərtib olunması qaydalarının düzgünlüyünə nəzarət edilməsi;
- Əmək haqqı , debitor-kreditor borclar və s hesablaşmaların qanuniliyinə,vaxtında həyata keçirilməsinə nəzarət edilməsi;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasının və vaxtında müvafiq dövlət icra sturkturlarına köçürülməsinin təmin edilməsi;
- Şirkətin əmlak və öhdəliklərinin inventarizasiyasının həyata keçirilməsi qaydalarının təmin olunması üzrə işə rəhbərlik edilməsi, əmlak və öhdəliklərin mövcudluğu,vəziyyəti və qiymətləndirilməsi ilə bağlı nəticələrin sənədləşdirilmiş şəkildə təsdiq olunmasının təmin edilməsi;
- Vergi, DSMF və sair qurumlarla işin düzgün təşkil olunması;
- Qanunvericilkdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin, ƏDV, Mənfəət-zərər,Muzdlu iş, Mənbədə vergi və digər hesabatların hazırlanması və aidiyyatı qurumlara verilməsi;
- Mühasiblər üzrə düzgün vəzifə bölgüsünün aparılması və onlara nəzarət;

CV-ləri Mühasibatlıq şöbəsi müdir mövzusu ilə [email protected] ünvanına göndərə bilərsiniz.