2017-ci ildən etibarən fəaliyyət göstərən, yerli fast food brendi olmaqla, paytaxtda bir neçə filiallara sahib “Əjdaha” MMC “Satış Meneceri” vakansiyasını açıq elan edir.
Vəzifə Öhdəlikləri:
Satış proqramının hazırlanması;
Satdığı məhsulları və ya brendi təmsil etmək;
Fəaliyyət göstərdiyi ölkə və ya bölgənin bazarını, ümumi iqtisadi vəziyyətini və yaranan dəyişiklikləri analiz edə bilmək;
Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilmək;
Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilmək;
Tələb olunan bacarıqlar:
Əlaqədar sahədə ali təhsil (Marketinq sahəsi üstünlükdür) ;
Rus dili biliyi üstünlük, İnglis dili biliyi aruolunandır;
Psixoloji olaraq və davranışları ilə özünü qəbul etdirmək funksiyası;
Potensial alıcıları hazır müştəri vəziyyətinə gətirmək ;
Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar bölüm və şəxslərə çatdırılması;
Potensial müştərilər haqqında məlumatların toplanması və üst rəhbərliyə təqdim olunması;
Malların təslimi və ödəmələr zamanı ortaya çıxan problemləri həll etmə bacarığı;
Satış sonrası xidmətlə əlaqədar ortaya çıxan problemlərin həll edilməsi bacarığı;
Yeniliyə açıq, analitik düşünə bilən, cəld və həll yönümlü qərarlar verə bilən.
Maraqlanan şəxslərdən özləri haqqında məlumatı (CV) şəkil ilə birlikdə, mövzu hissəsində “Satış Meneceri” başlığı ilə qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.