Ehtiyat hissələri üzrə menecer

  • Group Motors
  • Elanın qoyulma tarixi: 09.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Ehtiyat hissələri üzrə menecer” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

• Müştərilər üçün düzgün ehtiyat hissələrinin anbarda olmasından əmin olmaq, sifariş zamanı düzgün analiz aparmaq və dövriyyədə olan boş vəsaiti minimuma çatdırmaq;
• Departamentdə iş gedişatını analiz etməli və lazımi yerlərdə işə müdaxilə edib vaxtında tamamlanmasına köməklik göstərmək;
• Müştəri razılığına və loyallığına nail olmaq üçün bütün lazımi vasitələrdən istifadə etməlidir, anbarda olan ehtiyat hissələrinin və aksessuarların sərfiyyatını izləməli və anbarda "ölü hissələr"i minimuma salmaq;
• Departamentin maliyyə durumunu analiz etmək, planlaşdırmaq və qoyulan hədəflərə nail olmaq;
• Servisin daxili, zəmanət və müştəri ehtiyaclarına nəzarət edən sistemin yaradılmasında və inkişafında köməklik etmək;
• Texniki məsələləri – kleimləri, zəmanət işlərini, kompyuter sistemlərini, proses və proseduraları, ehtiyat hissələrinin saxlanma və qəbulu qaydalarını və s. daima nəzarətdə saxlamalı, yoxlamalı və təkmilləşdirməli;
• Kompyuterdən istifadə edərək gündəlik əməliyyatlara nəzarət etmək;
• Ehtiyat hissələri sisteminin düzgün işləməsindən və məlumatların doğruluğundan əmin olmaq;
• Ehtiyat hissələri şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək;
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

Namizədlərə tələblər:

• Yaş: 22-40;
• Ali təhsil; 
• Ehtiyyat hisələri sahəsində minimum 5 il iş təcrübəsi.
• EPC işləmə bacarığı
• MS Office proqramlarında işləmə bacarığı;
• Azərbaycan, rus və ingilis dillərini bilməli;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Ehtiyat hissələri üzrə menecer" qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.