Community Manager

  • COLAB
  • Elanın qoyulma tarixi: 20.11.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

COLAB. Şəki şəhərində yeni istifadəyə verilən kovörkinq və biznes mərkəzinin idarə olunması üçün Community Manager vəzifəsinə qəbul elan edir.

Namizədlərdən tələb olunan bilik və bacarıqlar aşağıdakı kimidir:

• Ali təhsil
• Azərbaycan və rus dillərində yaxşı yazmaq və danışmaq qabiliyyəti
• Microsoft Office proqramlarında işləmək bacarığı
• Rəqəmlər ilə işləmə qabiliyəti
• Fərdi və komanda şəklində işləyə bilmək bacarığı
• Məsuliyyətlilik, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
• Müştəri yönümlülük və xidmət bacarığı
• Yaxşı və professional ünsiyyət qurmaq, işgüzar şəbəkə yaratmaq qabiliyyəti

İş məsuliyətləri:

• Mərkəzin potensial üzvlərini qarşılamaq, mərkəz haqda təqdimat etmək
• Yeni üzvləri qeydiyyatdan keçirmək və mövcud üzvlükləri mütəmadi olaraq yeniləmək
• Mərkəzin daxili qaydalarının qorunmasına nəzarəti həyata keçirmək
• Təklif olunan xidmətlərin tamlığına və göstərilməsinə nəzarət etmək
• Mərkəzin avadanlıqlarını və ləvazimatlarını idarə etmək
• Nəğd hesablaşmaları həyata keçirmək və müvafiq hesabatları hazırlamaq

Yaş həddi: 20-30 yaş
İş təcrübəsi: 2 ildən yuxarı
Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən ediləcəkdir.

Elektron məktubda mövzu sətirinə “Community Manager” qeyd etməklə CVni  [email protected] elektron ünvanına göndərə bilərlər.