Maliyyə Menecmenti Departamentinin Hesabatlılıq Şöbəsində BMHS (IFRS) üzrə Menecer

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 19.11.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə Menecmenti Departamentinin Hesabatlılıq Şöbəsində BMHS (IFRS) üzrə Menecer

Ümumi məlumat

Kapital Bank namizədləri Maliyyə Menecmenti Departamentinin Hesabatlılıq Şöbəsində BMHS (IFRS) üzrə Menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın yarım illik və illik BMHS-IFRS-ə uyğun maliyyə hesabatlarının hazırlanması;
• Xarici auditorlarla BMHS nəticələrinin düzgün müzakirəsi, tövsiyyə və təkliflərinin tələb olunan şəkildə tətbiq edilməsi;
• BMHS-də baş verən müvafiq dəyişikliklərin təqib edilməsi və iş prosesində tətbiq edilməsi;
• Hesabat dövləri üçün ehtimal olunan BMHS hesablamaları haqqında rəhbərliyə təkliflərin verilməsi;
• Gündəlik, aylıq və illik dövlər üçün hazırlanan müxtəlif hesabatların hazırlanması.

Tələblər

• Maliyyə sahəsində ali təhsil və müvafiq sertifikatlar;
• Bank fəaliyyəti ilə bağlı BMHS istiqamətindən 3 illik iş təcrübəsi.
• Big Four təcrübəsi olan namizədlərə üstünlük verilir;
• Komanda tərkibində işləmə qabiliyyəti;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• Digər struktur bölmələr və əməkdaşlarla əməkdaşlıq qabiliyyəti.

CV-lərinizi, mövzu hissəsində “(IFRS) üzrə Menecer” qeyd etməklə [email protected]  e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi