Satış üzrə məsləhətçi

  • Group Motors
  • Elanın qoyulma tarixi: 13.11.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Satış üzrə məsləhətçi” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

• Müştəriləri cəld və gülərüz qarşılamaq;
• Müştərilərə professional xidmət göstərmək;
• Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
• Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
• Məhsulu müştəriyə təqdim etmək və satınalma ilə müştərinin ehtiyacları arasındakı əlaqələri uyğunlaşdırmaq;
• Satışın artırılması məqsədilə müştəriləri müvafiq məlumatlarla təmin etmək: əyani nümayişlər, kataloqlar, reklam materialları, statistik məlumatlar və istinadlar, qiymətlər, məhsulun çatdırılma vaxtı və xərcləri, ödəniş şərtləri və satışdan sonra xidmətlər;
• Satışı təşviq etmək üçün müştərilərlə telefon, poçt və ya internet vasitəsilə əlaqə saxlamaq;
• Nağd və elektron formada ödənişlərin, o cümlədən kreditlər üzrə ödənişləri həyata keçirilməsinə yardım etmək və şirkətin siyasəti çərçivəsində kreditləri razılaşdırmaq;
• Təlimatlara uyğun olaraq satış üzrə statistik məlumatlar hazırlamaq və təqdim etmək;
• Təkrar müştəriləri müyyənləşdirməq və onlara uyğun olaraq davranmaq;
• Görülən işlərə və əldə edilən nəticələrə dair dövri hesabatlar vermək;
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

Namizədlərə tələblər:

• Yaş: 25-40;
• Ali təhsil; 
• Avtomobil sahəsində iş təcrübəsi (min. 1 il);
• MS Office proqramlarında işləmə bacarığı;
• Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma;
• Qərarvermə qabiliyyəti.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Satış üzrə məsləhətçi" qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.