Keyfiyyət üzrə mütəxəssis

  • Gazelli Group
  • Elanın qoyulma tarixi: 11.10.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət:“GAZELLİ GROUP” MMC

Vəzifə: Keyfiyyət üzrə mütəxəssis

Ünvan: Bakı şəh., Şüvəlan qəs., Almas Yıldırım küç., 4

Vəzifə təlimatı:

a) Müvafiq proseduraların, təlimat, formalar, planlar, proseslərin (blok-sxem) hazırlanması, təsdiq edilməsi, struktur bölmələrə paylanılmasını təmin etməli;
b) Daxili əmək nizamı qaydalarına nəzarət etməli;
c) Müəssisə rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə mütəmadi müşavirələrin təşkil olunması, onlarda iştirak edilməsi və qeydlərinin aparılması;
d) Sənədlərin hazırlanması və çatışmamazlıqların aradan qaldırılması üçün onlara  dəyişikliklərin  edilməsi və onların qeydiyyatının aparılması;
e) Daxili auditlərin aparılması, hesabatların hazırlanmasını, uyğunsuzluqları tərtib etmə və izlənilməsi;
f)  Rəhbərlik tərəfindən təhlili üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində iştirak etməli;
g) Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılmalı;
h) Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə uyğunluğunun yoxlanılmalı;
i)  Müəssisəyə daxil olan xammalların müvafiq sertifikatlarının olmasının yoxlanılması, istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətinin təmin edilməli;
j)  İstehsalatda gündəlik keyfiyyətə nəzarətin aparılması, və keyfiyyətə nəzarət proseduralarının tətbiqinə nəzarət edilməli;
k) İstehsalat, anbar, laboratoriya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etməli;
l)  Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməli;
m) Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməli;
n) Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməli;
o) Müvafiq şöbələrə görülməli işlər barədə məlumatların (tapşırıqların) verilməsi və onların yerinə yetirilməsinə nəzarətin edilməsi;
p) Görülmüş və planlaşdırılan işlər barəsində keyfiyyət departamentinin menecerinə məlumat verməsi;
q) İSO 22716:2008, İSO 9001:2015, standartında nəzərdə tutulan işlərin icrasını həyata keçirilməsi;
r)  İşçilərə təlimlərin keçirilməsinin təşkil edilməsi, onlara məlumatların verilməsi və onların qeydiyyatının aparılması;
s) Zərərvericilərə nəzarət (pest control) işlərinin aparılmasına nəzarət etməsi və sənədləşməsinin düzgün aparılması;
t)  İstehsalatda baş vermiş uyğunsuzluqların araşdırılması və aradan qaldırılması istiqamətində işlərin planlaşdırılması və həyata keçirilməsi.

Tələblər:

• Keyfiyyət üzrə mütəxəssis vəzifəsinə ali savadlı eyni sahədə 3 (üç) ildən az olmamaq iş stajı olan şəxs təyin olunur
• Kompüter bilikləri (peşəkar istifadəçi səviyyəsində)
• Əla dil bilikləri: Azərbaycan, Rus və İngilis
• Keyfiyyət üzrə mütəxəssis bilməlidir :
- Texniki sənədlərin, xammala, materiallara və hazır məhsulun istehsalına, qablaşdırılmasına qoyulan tələbləri;
- Məhsulların qəbulu və sınaqların keçirilməsi qaydalarını;
- Sənədləşmə sisteminin aparılmasını bacarmalı;
- Zərərvericilərə nəzarət (pest control) işlərini bilməli;
- ISO 9001, 14001, OHSAS 18001, GMP İSO 22716:2007 beynəlxalq standartların  tələblərini.

Şərtlər:

•  Stabil iş (iş qrafiki 5/2 08:00- dən 17:00-dək)
•  İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
•  Qidalanma
•  Mobil rabitə
•  Razılaşdırılmış əmək haqqı.

Şirkət haqqında məlumat:

Azərbaycanda 20 ildən çox uğurla fəaliyyət göstərən kosmetika və ətriyyat, kosmetologiya və məişət kimyası vasitələrinin istehsalı sahəsində ən aparıcı şirkət olan “Gazelli Group” MMC, gözəllik və sağlamlıq mərkəzləri şəbəkəsinə, Kafe, habelə Müasir İncəsənət Qalereyasına malikdir.

İstehsal olunan məhsullar: “Aroma Collection”, “Buta”,  “Sun+”; məişət kimyası.

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.
CV - lər 12 noyabr  2018-ci il tarixinədək qəbul olunur.

Xahiş edirik, mövzu hissəsində  (“Keyfiyyət üzrə mütəxəssis” yazaraq, öz CV-lərinizi fotoşəkil ilə və gözlənilən əmək haqqını [email protected] e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilmiş tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

İşəgötürənin reytinqi