Elektrik montyoru

İşin təsviri

Vəzifə: Elektrik montyoru

Əsas vəzifə və öhdəliklər:

1. Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət etməyi bacarmaq;
2. Elektrik stansiyalarında, transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması, söndürülməsi işini bacarmaq;
3. Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması bacarmaq;
4. Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında gərginliyi 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi işini bacarmaq;
5. Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması işini yerinə yetirməyi bacarmaq;
6. Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlamağı bacarmaq;
7. Xəbərdaredici elektrik cihazlarının qurulması və tənzimlənməsi işini bacarmaq;
8. Elektrotexnikanın əsaslarını, elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini bilmək;
9. Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını bilmək;
10. Aşağı gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını bilmək;
11. Elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını bilmək;
12. Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini bilmək;
13. Rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları bilmək;
14. İşıqlandırıcı armatur qurğuları, elektrik zəngləri və digər siqnalizasiya cihazlarının sazlanması və qurulması qaydasını bilmək;
15. Daha çox yayılmış universal və xüsusi ləvazimatların təyinatını və tətbiqi şəraitini bilmək;
16. Sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarını təyinatı və tətbiqi şəraitini bilmək;

Tələb olunanlar

- Təhsil dərəcəsi: orta və ya orta-ixtisas
- Elektrik montyoru kimi işləməyə icazə verən hüquqi sənədə malik olmaq
- Təcrübə: Sahə üzrə ən az 3 il,
- Sumqayıt şəhəri, Ceyranbatan və ya H.Z. Tağıyev qəsəbəsi yaxınlığında yaşıyanlara üstünlük verilir.

Namizədlər öz CV-lərini  mövzu yerində "Elektrik montyoru” vəzifəsinin adını qeyd etməklə [email protected]  ünvanına   15.10.2018-ci il tarixinə qədər göndərə bilər.