İlməkçi

İşin təsviri

Vəzifə: İlməkçi

Əsas vəzifə və öhdəliklər:

1. Konteyner və digər yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün ilməyin qurulması və bağlanması və  bərkidilməsi qaydasını bilmək;
2. Kran maşinistinə siqnal verilməsi və yükün qaldırılması, daşınması və qoyulması zamanı yükə nəzarət etmək;
3. Yükün kütləsi və ölçülərinə əsasən lazımi yük tutucu vasitələrin  seçilməsi qaydasını bilmək;
4. Yük tutucu vasitələrin  yararlı olub-olmamasının müəyyənləşdirmək;
5. Yüklərin sarınması və qaldırılması işini yüklərin sarınması sxeminə müvafiq aparmağı bacarmaq;
6. Daşınan yüklərin kütləsinin və ağırlıq mərkəzinin gözəyarı müəyyənləşdirilməyi bilmək;
7. Sadə ağır və çox da mürəkkəb olmayan yüklərin ilməyinin qurulması, qaldırılması və qoyulması qaydasını bilmək;
8. Yüktutucu vasitələrin istismar müddətini və onların yükgötürmə qabiliyyətini,
9. Yük tutucu vasitələrin iş prinsipini,
10. Yüklərin yığılma qaydalarını və ölçülərini bilmək;
11. Yük tutucu vasitələri səliqəli və işə yararlı vəziyyətdə saxlanması üzrə tələbləri bilmək;

Tələb olunanlar

- Təhsil dərəcəsi: orta
- Təcrübə: Sahə üzrə ən az 1 il,
- Sumqayıt şəhəri, Ceyranbatan və ya H.Z. Tağıyev qəsəbəsi yaxınlığında yaşıyanlara üstünlük verilir.

Namizədlər öz CV-lərini  mövzu yerində "İlməkçi” vəzifəsinin adını qeyd etməklə [email protected]  ünvanına   15.10.2018-ci il tarixinə qədər göndərə bilər.