Elektronçu (İT, kompüter və təhlükəsizlik avadanlıqları üzrə)

  • AEM Elektron
  • Elanın qoyulma tarixi: 02.10.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AEM Elektron mağazalar şəbəkəsi əsasən videomüşahidə sistemlərinin, şəbəkə və təhlükəsizlik avadanlıqlarının, kompüter aksessuarlarınln və digər IT məhsulların topdan və pərakəndə satışı ilə məşğul olur və bu sahədə yerli bazarda aparıcı şirkətlərdən biridir.

Müştərilərimizə göstərilən xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi üçün əməkdaşlarımızın peşəkarlıq və işgüzarlıq səviyyəsinin artırılması istiqamətində tərəfimizdən məqsədyönlü və planlı iş aparılır.

Qapılarımız peşəkar, məsuliyyətli və öz üzərində durmadan çalışan mütəxəssislərin üzünə açıqdır.

Vəzifə:   Elektronçu (İT, kompüter və təhlükəsizlik avadanlıqları üzrə)

Vəzifə öhdəlikləri:

 Şəbəkə avadanlıqlarının, müşahidə kameralarının, domofonların, kompüterlərin və digər İT məhsulların diaqnostikası və təmiri;

Tələblər:

- İT avadanlıqları təmir etmək bacarığı;
- Kompüter və ofis avadanlıqlarından istifadə;
- İşgüzar ünsiyyət etikası;
- Təhsil: Orta ixtisas/Ali təhsil;
- Azərbaycan Dili (əla), rus dilini bilməsi arzuolunandır;

İş şəraiti:

- İş saatları - 09:00-dan 19:00-dək, Istirahət günləri - həftə içi 1 gün;
- Şirkət tərəfindən göndərilən treyninq və kurslarda iştirak etmək imkanı
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcəkdir.

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
"Subject" qismində müraciət edilən vakansiyanın adının qeyd olunması mütləqdir.

AEM Elektron tərəfindən digər vakansiyalar