Marketinq şöbəsi – mütəxəssis
Vəzifəyə olan tələblər
• Ali təhsil;
• Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
• Hesabatın hazırlanması və yazışma bacarığı;
• Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
• Komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
• Azərbaycan, Rus dilində sərbəst danışıq və yazışma bacarığı
• Bu sahədə iki illik təcrübəyə malik olması;
Əsas vəzifələr
• Marketinq strategiyasını işləyib hazırlanmasında yaxından iştirak edir və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsinə nəzarət edir;
• Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparır, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirir;
• Məhsulu və xidmət yaradır və onun satış kanallarının müəyyən edir;
• Rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil edir və onu daima təkmilləşdirir;
• Satışın təşkili ilə bağlı öz təkliflərini verir;
• Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərir;
• Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görür;
• Bankın broşuralarının və illik hesabatının hazırlanması;
• Bankın internet səhifəsində məlumatların yeniləşməsi qayğısına qalır;
• Bankda keyfiyyətə nəzarət işini təşkil edir;
• Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görür;
• Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə saıtş işçilərinin hazırlanması qayğısına qalır.
CV-ləri Marketinq şöbəsi – mütəxəssis mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.