Direktor müavini

İşin təsviri

Gilan Kənd Təsərrüfatı Qrupu  Ağdaş Yem  Fabrikinə Direktor müavini vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:

• Müəssisənin İllik büdcəsinin və tədbirlər planının müəyyən edilməsinin və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
• Müəssisədə istehsalın keyfiyyətinə nəzarət edilməsi və artırılmasına dair tədbirlərin həyata keçirilməsi;
• Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
• Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və c. üçün təchizat planının hazırlanması;
• Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə nəzarət və dəstək edilməsi;
• Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
• Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
• Müəssisənin satış kanalları şəbəkəsinin inkişafına dair təkliflərin irəli sürülməsi;

Tələblər:

• İqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil;
• Müəssisə idarəetməsi sahəsində 5 il iş təcrübəsi;
• Azərbaycan, Rus və ya İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
• Analitik düşüncə və problemləri həll etmə bacarıqları;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik, ünsiyyətcillik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;
• MS Office proqramlarını yüksək səviyyədə istifadə edə bilmək;

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin:  https://hr.gilanholding.com/v/4872#