«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!
Metodologiya və analitika şöbəsinin mütəxəssisi
Namizədə tələblər
• Yaş: 23-35
• Bəy və xanım namizədlər
• Təhsil: Ali (riyaziyyat və ya iqtisadiyyat sahəsində)
• İş təcrübəsi: sığorta və ya bank sahəsində olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)
Əsas vəzifə öhdəlikləri
• Hesabat cədvəllərini hazırlamaq (rəqəmsal təhlil)
- məlumatların mənbəyini təhlil etmək
- keyfiyyətini təhlil etmək və səhvlərin düzəldilməsi metodikasını hazırlamaq
- hesabatın hazırlanması üzrə tələbləri hazırlamaq
• Məlumatları emal etmək və hesabatlar hazırlamaq
- məlumatların ilkin variantında əlaqəliliyi və əsas risk faktorunu aşkarlamaq
- əlaqəliliyi və risk faktorunu qruplaşdırmaq
- icmal hesabatlar yaratmaq
- məlumatların qrafik təsvirini yaratmaq;
• Hesabatların yaradılmasını avtomatlaşdırmaq
• MSSQL bazası üzrə mürəkkəb sql skriptlər hazırlamaq (analitik funksiyalar, qruplaşmalar);
• Exsel bazasında (makros) hesablamaları avtomatlaşdırmaq;
• MS Access üzrə hesabatlar tərtib etmək
Şəxsi keyfiyyətlər
• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş yeri- Baş ofis
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında bildiriləcək
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Metodologiya və analitika şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur