İstixana təsərrüfatı üzrə məsləhətçi - Aqronom

İşin təsviri

Vəzifənin adı: İstixana təsərrüfatı üzrə məsləhətçi - Aqronom

Vəzifə öhdəlikləri:

• Meliorativ tədbirləri planlamaq və həyata keçirmək;
• Torpağın vəziyyətini və tərkibini nəzərə alaraq becərmə üsullarını müəyyənləşdirmək;
• Toxumlama, gübrələrmə və becərmə üçün tələb olunan materialları müəyyənləşdirmək;
• İstehlakçıların ehtiyacına uyğun olaraq istehsal planını hazırlamaq;
• Şumlanma, səpilmə, gübrələmə, becərilmə və yığılma proseslərinin qrafikini tərtib etmək;
• Torpağın düzgün istifadəsi və qorunması üçün üsullar hazırlamaq;
• Ətraf mühitin qorunmasını təmin edən becərmə praktikaları barəsində məsləhətlər vermək;
• Məhsul istehsalını artırmaq üçün qabaqcil əkin texnologiyalardan istifadə etmək; 
• Müxtəlif kimyəvi maddələrin və gübrələrin düzgün miqdarda istifadəsinə nəzarəti hayata keçirmək;
• Əkin sahələrinin mütəmadi olaraq monitorinqini aparmaq və dəyişikliklər barədə rəhbərliyə məruzə etmək.
• Alaq otlarıyla və zərərvericilərlə uyğun mübarizə tədbirləri seçmək və tətbiq etmək;

Təhsil/Təcrübə

• Meşəçilik, botanika və ya biologiya üzrə təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst istifadəçi səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
• Toxum, bitki və torpaq xüsusiyyətləri haqqında biliklərə sahib olmalı;
• Xammal və enerji sərfiyyatına qənaətedici texnologiyalar üzrə biliklər;
• Araşdırma və təcrübələrin aparılması üzrə biliklər;

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail:  [email protected]