Maliyyəçi-Analitik

  • Elanın qoyulma tarixi: 23.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Maliyyəçi-Analitik

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.

Vəzifə öhdəlikləri:

- İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
- Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
- Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
- İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.

Tələblər:

- Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
- Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları;
- Minimum 1 il müvafiq sahədə peşəkar təcrübə;
- Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
- Analitik və strateji baxış bacarıqları;
- Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
- Yüksək səviyyəli analitik bacarıqlar;
- Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
- Rus və ingilis dili biliyi;
- MS Office kompüter proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 09:00 - 18:00, şənbə günü növbəli, qısa iş rejimi tətbiq olunur.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maliyyəçi-Analitik” yazmaqla müraciət edilir.

tərəfindən digər vakansiyalar