Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Mexaniki bölmənin supervayzeri” vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri:
• Müştəriylə razılaşdırılmış siyahıya uyğun işlərin bütün növlərinin icrasını təmin edir.
• Təmir briqadasının işçilərinin işçi yüklünü bölür. İşlərin icra vaxtına, təmir texnologiyalarına riayət edilməsinə nəzarət edir. Boşdayanma vaxtının azaldılmasına çalışır.
• Əmək intizamına, iş yerində davranış standartlarına, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir. Briqada işçilərinin mükafatlandırılması və cəzalalandırılması haqqında rəhbərə məlumatlar verir, iş/məzuniyyətlər qrafikini planlaşdırır.
• Mürəkkəb və ya xüsusi ixtisaslaşdırılmış iş növlərinin yerinə yetirilməsi üçün subpodrat briqadaların (tornaçı, qaynaqçı və s.) cəlb edilməsi üçün təşəbbüs edir.
• Biliklər və bacarıqlar tələb edən xüsusi çətin hallarda təmir işlərinin icra edilməsi üzrə texniki dəstək göstərir.
• İşçilərin texniki biliklərinin artrılması və treninqlərdə iştirak etməsi üçün təkliflər hazırlamalı.
• Zəruri olduqda müştəriylə əlaqə yaradır, avtomobil markasının texniki quruluşunu və istismarını izah edir.
• Briqadanın üzvlərinin gündəlik işçi əməkdaşlığını nizamlayır, ehtiyac olduqda mübahisəli vəziyyətləri və münaqişələri həll edir.
• Universal və xüsusi alətlərin, avadanlıların qəbulunu, saxlanmasını, verilməsini təşkil edir. İstehsalçının xüsusi alətlərinin lazımi saxlanmasını, qeydiyyata alınmasını və silinməsini təmin edir.
• İnventarın, kimyəvi reaktivlərin, xüsusi iş paltarlarının, tez işlənən materialların alınmasını, lazımi qaydada silinməsini yerinə yetirir. Anbarda lazımi saxlanma qaydasını təmin edir.
• Avtomobillərin (və ləvazimatların) qorunmasını, onların servisdə təmir dövründə saxlamasını təmin edir.
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.
Namizədlərə tələblər:
• Yaş: 20-40;
• Texniki və ya ali texniki təhsil;
• İstehsalçının vəzifəyə uyğun peşəkar sertifikatının mövcudluğu;
• İstehsalçı markası üzrə ən azı 3 illik iş təcrübəsi;
• Biznes idarəetmə keyfiyyətləri;
• Azərbaycan və rus dillərini bilməli, ingilis dili üstünlükdür;
• MS Office proqramlarında işləmə bacarığı;
• Motivasiyalı və digərlərinə motivasiya verə bilmə qabiliyyəti;
• Təqdimat üsulları bacarığı;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalısı.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " Mexaniki bölmənin supervayzeri " qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.