Satış üzrə direktor

  • Uniform Express
  • Elanın qoyulma tarixi: 15.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

2015 – ci ildə təsis edilmiş Uniform Express şirkəti müxtəlif sektorların və həmin sektorlara məxsus müxtəlif vəzifələrin işçi paltarlarının istehsalını, təhlükəsizlik avadanlıqlarını sifarişini həyata keçirir. Bu müddət ərzində özəl sektorun bir çox böyük, orta və kiçik şirkətləri ilə əməkdaşlıq etmək imkanı qazanmışıq və bu bizi sevindirir.

Şirkətimiz topdan və pərakəndə ticarətlə məşğuldur. Məhsulların istehsalında yüksək keyfiyyətli xammallardan istifadə olunur. Məhsulların keyfiyyəti şirkətimizin uğurlu fəaliyyəti üçün ən vacib amildir.

Bizim başlıca məqsədimiz  müştərilərə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etmək, onların istəklərini tam qarşılamaq, müştəri məmnunluğunun tam təmin olunmasıdır.

Yüksək keyfiyyətli və həqiqətən faydalı bir məhsul yaratmaq məqsədilə, müştərilərimizlə daim işimizdə məhsullarımızı  birbaşa istifadə edən, fikirlərini dinləyən, dizayn dəyişiklikləri və məhsullarını daim təkmilləşdirən insanlar ilə qarşılıqlı əlaqə qururuq . Dizaynerlərimiz moda, dizayn, eləcə də geyim və parça istehsal texnologiyaları dünyasında mütəmadi olaraq tendensiyalara və müasir texnologiyalara diqqət yetirirlər, çünki, uniforma anlayışı digər aspektdən stil, kəsim, parça kimi faktorların görüntüsünü yaradan bir məvhumdur.
Forma öz daşıyıcısnın funksiyasını və təşkilatın mənsubiyyətini simvollaşdırır. Hər hansı təşkilatın, şirkətin, müəssənin geyim formasının mövcudluğu markalaşma və standart bir korporativ imicin formalaşdırılması üçün göstərilən səydir.

Əsas vəzifə və öhdəliklər:

• Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək;
• İşçiləri iş planı barədə məlumatlandırmaq və satış planlarının icrası məqsədi ilə onların işini təşkil etmək;
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
• Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, müəssisənin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
• Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
• Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflər hazırlamaq;
• Şirkətin müştəri bazasının artırılması, yeni müştərilərin cəlb olunması;
• Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanmasını həyata keçirtmək;
• Müştərilərlə görüşlər keçirmək,təqdimat və təkliflər hazırlamaq;
• Müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
• Müştəri tələb və təkliflərinin müəyyənləşdirilməsi prosesinin idarə edilməsi, daimi təkmilləşdirilməsi;
• Şirkətə məxsus olan bütün məhsulların satışında iştirak etmək, satışla bağlı zəruri işlərin həyata keçirilməsini təmin etmək;
• Şirkətin satış fəaliyyətini idarə etmək;
• İllik satış planının hazırlanmasında iştirak etmək və həyata keçirmək;
• Hazır məhsulun satışı üçün lazım olan sənədlərin hazırlanması;
• Dövrü hesabatların hazırlanması və təhlili.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office proqramlarda mükəmməl işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili arzuolunandır;
• Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti;
• Müştərilərə malı təqdim etmək bacarığı
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat  yönümlü ixtisaslar üzrə ali təhsil (MBA təhsilinə üstünlük verilir);
• Minimum 5 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Satış üzrə direktor " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.