AZƏRSUN HOLDİNQ
Vakansiyanın adı: Mühasib (Bölgələr)
Namizədə aid tələblər:
• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 1 il);
• Vergi məcəlləsini bilməli;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.
İş haqqında məlumat:
• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət
edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 13.09.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mühasib (Bölgələr)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.