Qeydiyyatçı-Katibə

  • Office Lines LLC
  • Elanın qoyulma tarixi: 13.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Qeydiyyatçı-Katibə

Şirkət barədə məlumat:

Office Lines MMC Azərbaycanda ofis ləvazimatları və dəftərxana mallarının korporativ satışı sahəsində aparıcı şirkətlərdəndir. 700-dən artıq korporativ müştəri bazası, 18-illik korporativ satış təcrübəsi olan şirkət keyfiyyətli məhsul və xidmətlərin ən effektiv qaydada təchizatına, yüksək səviyyəli müştəri xidmətinə və vaxtında çatdırılmaya zəmanət verir.

Namizədə tələblər:

- Əvvəllər qeydiyyatçı-katibə və ya ofis meneceri vəzifəsində iş təcrübəsi
- Effektiv dil bilgiləri (Azərbaycan dili, ingilis və rus dili bilikləri olanlara üstünlük verilir)
- Daxil olan emailların və zənglərin idarə edilməsi və paylanması
- Ofis avadanlıqlarından səriştəli istifadə qabiliyyəti
- Sənədlərlə iş bacarığı
- Təşəbbüs göstərmək və verilmiş tapşırıqları vaxtında və effektiv yerinə yetirmək bacarığı

İş funksiyaları :

- Şirkətə daxil olan zənglər və elektron məktubların vaxtında yönləndirilməsi və ya cavablandırılması
- Sənədlərin qeydiyyatdan keçirilməsi və dövriyyəsinə nəzarət
- Şirkətə adi çap, kseroks və scan işlərinin görülməsi
- Bütün şirkət sənədlərinin lazım olan sayda və qaydada olmasına nəzarət
- Şirkət qonaqlarının qarşılanması və müvafiq şöbələrə ötürülməsi

Əlaqə məlumatları: göstərilən vakansiya ilə maraqlananlar CV-lərini emailin mövzu hissəsində “Receptionist” vəzifəsini qeyd etməklə, [email protected] ünvanına göndərə bilərlər.