VƏZİFƏ: MÜHASİB KÖMƏKÇİSİ
ƏSAS ÖHDƏLİKLƏRİ:
- Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması
- Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
- Mühasibatda ilkin sənədlərin gedişatını aparmaq.
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədləri hazırlamaq.
- Vergi hesabatlarının (ƏDV, Əmlak, Mənfəət ) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- İşçilərlə hesablaşmaların təmin edilməsi
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Bank, Kassa, Gəlir, Xərc, Əmək haqqı sənədlərinin proqrama daxil edilməsi
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Ali təhsilli;
- Mühasibatlıq sahəsində ən az 1-3 il iş təcrübəsi
- Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli
- Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı;
- Analitik düşüncəyə malik olmalı;
- Azərbaycan və Rus dillərini bilməli.
Maaş müsahibə zamanı təyin ediləcəkdir.
Bu vakansiya üçün [email protected] e-poçtuna mövzu hissəsinə “Mühasib köməkçisi” qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.