İnsan Resursları Departamentinin mütəxəssisi

  • Baku Agro Park
  • Elanın qoyulma tarixi: 25.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

JOB TITLE: İnsan Resursları Departamentinin mütəxəssisi

EMPLOYER: BAKU AGROPARK LLC 

DUTY STATION: Zirə qəsəbəsi

DEADLINE: 2018-08-25

İşin təsviri:

• İşçilərin işə davamiyyətinə nəzarət etmək;
• Struktur bölmələr üzrə davamiyyət tabellərinin doldurulub təsdiqlənməsi və İnsan resurslarının idarəedilməsi şöbəsinə təqdim edilməsinə nəzarət etmək;
• İşçilərin gündəlik qidalanma ilə təmin edilməsinə nəzarət və qeydiyyatını aparmaq;
• İnsan resurslarının idarəedilməsi üzrə müvafiq qeydiyyatların aparılmasını təşkil etmək;
• Yeni işə qəbul olunmuş işçilərə uyğunlaşma təliminin keçirilməsini təmin etmək;
• İş üçün müraciət edən vətəndaşların müraciətlərinə baxılmasını təmin etmək və işə qəbul sisteminə əsasən namizədlərlə ilkin müsahibələri təşkil etmək;
• İşçi müraciətlərinə qanunvericilik əsasında baxmaq və tədbirlər görmək;
• İşçilərə ezamiyyə vərəqələrinin verilməsini və ezamiyyələrin qeydiyyatını təmin etmək;
• İcazələrin və xəstəlik vərəqələrinin qeydiyyatını aparmaq;
• İşçilərin məzuniyyət qrafikinin tərtib edilməsində və onun yerinə yetirilməsində iştirak etmək;
• Struktur bölmələrdən daxil olan bütün aidiyyatı yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək.
• Elekron hökümət portalına işçilərin qeydiyyata salınması
• Müqavilələrin tərtib olunması
• İşçilərin icbari sığortalanmasının təmin edilməsi
• Aylıq, rüblük, yarımillik kadr hesabatlarının aparılması
• Əmrlərin yazılması
• İş vaxtı Bazar ertəsi – Şənbə, saat  08:00 - 17:00 (bazar günləri, dövlət bayramları və ümumxalq hüzn günü qeyri-iş günləridir)
• Nahar vaxtı 12:00-13:00
• Əmək haqqı 1,000 AZN

Namizədə tələblər:

• Ali təhsil
• AR əmək məcəlləsini bilməli
• Təklif edilən sahə üzrə ən azı 2-3 illik iş təcrübəsi tələb olunur
• Microsoft Office proqramını istifadəçi səviyyəsində bilməli 
• İnsan resurslarına aid əsasnamə, təlimat və digər rəhbər sənədləri bilməli
• Operativ və düzgün qərar vermək bacarığına malik olmalı, yaxşı şifahi və yazılı ünsiyyət bacarıqlarının olması.
• Azərbaycan və Rus dillərini  mükəmməl  bilməli, İngilis dilini bilməsi arzu olunandır

E - mail : [email protected]