Avtomobil yuyucusu

  • Group Motors
  • Elanın qoyulma tarixi: 25.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Avtomobil yuyucusu” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəlikləri:

• İşlə əlaqədar material və avadanlıqları, alətləri yoxlama və müəyyən etmə yollarını bilməli;
• Nəqliyyat vasitəsinin korpusunun xaricini və daxilini, mühərriki, bölmə və hissələri qurutma prosessini bacarmaq;
• Quruducu üsullar və avadanlıqları seçmə və istifadə etmə qaydalarını izah etmək;
• Su, təmizləyici vasitələr, fırçalar, parçalar və şlanqlar daxil olmaqla müxtəlif materiallardan istifadə etmə qaydalarını nümayiş etdirmək;
• İş yeri və ətraf mühit ilə əlaqədar prosedurlara uyğun olaraq tullantıları yığışdırmaq;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.
 
Namizədlərə tələblər:
 
• Yaş: 18-35;
• Avtomoyuma sahəsində iş təcrübəsi (min. 1 il);
• Azərbaycan dilini bilməli;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti.
 
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Avtomobil yuyucusu" qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.